“Bu şikayətin arxasında duranlar mənim seçki kampaniyasında iştirak etməməyimi istəyirlər”
Ekvador Prezidenti Daniel Noboa vitse-prezidenti Veronika Abadı siyasi zorakılıqda ittiham etdikdən sonra onu dövlətə xəyanətdə də ittiham edib. AYNA xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“O, özü bu postu tutmaq üçün respublika prezidentini hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Əgər onun niyyətində hər hansı bir şübhə varsa, bu gün maska nəhayət düşdü. Bu şikayətin arxasında duranlar mənim seçki kampaniyasında iştirak etməməyimi istəyirlər”, - deyə dövlət başçısı yazıb.
Belə ki, Noboa Abadı 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirakına mane olmaqda ittiham edib. Onun sözlərinə görə, o, ölkənin onun islahatlarına qarşı çıxan hissəsini təmsil edir.