Ekspress avtobusları fəaliyyətini davam etdirəcək - <font color=red> RƏSMİ</font>

Xəbərlər

11.09.2020 - 16:05

Avtobusların sayı sərnişin tələbatına uyğun olaraq tənzimlənəcək

 

Bakı metrosunda sərnişindaşıma bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspress xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya verilən məlumata görə, ekspress xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən olunan qaydada sərnişinlərin xidmətində olacaq. Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun olaraq tənzimlənəcək.

 

Ekspress xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək. Bu zaman vətəndaşlardan daxil olan müraciətlər də mütləq qaydada nəzərə alınacaq.

 

Məlumat üçün bildiririk ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 12-i saat 00:00-dan sentyabrın 14-ü saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Müəllif: Ayna.az