MSK sədri: “Sosial şəbəkələrdə yayılan görüntülər seçki məntəqələrinin 3 faizini əhatə edib”
“Biz sosial şəbəkələrə göz yummaqda maraqlı deyilik. Bu, çox gözəl bir vasitədir. Sosial şəbəkələrin imkanı çox genişdir. Eyni zamanda çox əsaslı bir mənbədir”.
AYNA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov belə deyib. O bildirib ki, sosial şəbəkələr olmasaydı, seçkilər məntəqələrin 98%-də yaxşı keçməzdi.
Bununla belə, Pənahov sosial şəbəkələrdə yayılan görüntülərin seçki məntəqələrinin cəmi 3 faizini əhatə etdiyini qeyd edib: “Bəzi məsələləri şişirdib onun ətrafında tələb qoymaq düzgün deyil”.