Əfv Komissiyasının növbəti iclası keçirilib

Xəbərlər

24.04.2024 - 21:18

Komissiya tərəfindən baxılan müraciətlərin sayı 300-ü keçib

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

AYNA xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.

 

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 300-ü keçib.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

Müəllif: Ayna.az