Əfqanıstanın vitse-prezidenti ölkədən qaçdı

Dünya

13.08.2021 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

Əmrullah Saleh Əfqanıstanı tərk edərək Tacikistana gedib

 

Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh ölkəni tərk edərək Tacikistana qaçıb. AYNA xəbər verir ki, bu barədə “Sputnik Əfqanıstan”ın “Telegram” kanalında bildirilib.

 

Saleh 2020-ci ilin fevral ayında vitse-prezident vəzifəsinə gəlib. 2021-ci ilin mayında, “Taliban” hücumu başladıqdan sonra Əfqanıstan hakimiyyətində təslim olmaq istəmədiyini bildirib. Eyni zamanda, siyasətçi qeyd edib ki, ABŞ və NATO ölkələri qoşunlarını Əfqanıstandan çıxarmazdan əvvəl bir neçə strateji səhvə yol veriblər.

 

Qeyd edək ki, “Taliban” hərəkatının yaraqlılarının Əfqanıstanın paytaxtı Kabilə 50 kilometr məsafəyə yaxınlaşdığı bildirilir. Yaraqlılar şəhəri enerjisizləşdirməyi bacarıblar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş