VHP-nin dövlət qeydiyyatı təsdiq olunub
Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qeydiyyatını təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə təşkilat funksioneri Samir Əsədli bildirib.
“Bu gün Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin reysterini təsdiq edib. Bununla bağlı partiya üzvlərini və tərəfdarlarımızı təbrik edirəm”, - deyə Əsədli qeyd edib.
Növbəti mərhələdə VHP Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcək.
Qeyd edək ki, VHP-nin sədri Xalq şairi, deputat Sabir Rüstəmxanlıdır.