Qəzada yaralanan altı nəfərdən ikisi azyaşlıdır
Türkiyənin Ədirnə şəhərinin İpsala rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində altı nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Bildirilib ki, İpsaladan Keşan rayonu istiqamətində hərəkət edən A.G.-nin idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkət edən S.G.-nin idarə etdiyi furqona çırpılıb. Minik avtomobili dəmir bariyerə çırpılıb, yoldan çıxan yük maşını isə aşıb.
Qeyd olunub ki, olayda yaralanan altı nəfərdən ikisi azyaşlıdır. Eyni zamanda furqondakı sərnişinlərin toydan qayıtdıqları vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.