Əbu-Dabidə Ukrayna danışıqları başa çatıb

Dünya

25.01.2026 - 00:23

Ərazi məsələsi ən həssas məsələ olaraq qalır

Rusiya nümayəndə heyətinin iştirakı ilə Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqlar başa çatıb. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, Rusiya Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukovun rəhbərlik etdiyi nümayəndə heyəti otelə qayıdıb.

Görüşün nəticəsi ilə bağlı heç bir məlumat verilməyib. Mənbələr ərazi məsələsinin ən həssas məsələ olaraq qaldığını bildiriblər. Görüş qapalı qapılar arxasında keçirilib və mətbuat üçün heç bir şərh verilməyib.

Danışıqlarda ABŞ-ı Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ukraynanı isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerov təmsil edib.

Kreml Rusiya nümayəndə heyətinin bütün üzvlərinin hərbçilər olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş