DYP yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib

Xəbərlər

14.12.2024 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməmək xahiş olunur

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib.

Bu barədə AYNA-ya BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, sinoptiklərin məlumatına əsasən dekabrın 14-dən 15-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərində, eləcə də əksər dağlıq və dağətəyi rayonlarda gecə və səhər yolların buz bağlayacağı gözlənilir:

"BDYPİ xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir."

Qeyd edilib ki, qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.

Müəllif: Ayna.az