Ermənilərin pilotsuz aparatı cəbhədə uçuş keçirməyə cəhd göstərib
Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, düşmən mütəmadi olaraq PUA-larla mövqelərimizdə uçuş həyata keçirməyə cəhd göstərirlər. Hər biri, bölmələrimiz tərəfindən zərərsizləşdirilir.