Düşmənin Mingəçevirə atdığı raket göydə zərərsizləşdirilib - <font color=red> RƏSMİ</font>

Xəbərlər

09.10.2020 - 16:37

Raket 20 kilometrdən artıq hündürlükdə məhv edilib

 

Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək, 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və mülki obyektlərini raket atəşinə tutmaqda davam edir. 

Müəllif: Ayna.az