İkisi Tovuz, biri Ağdam istiqamətində zərərsizləşdirilib
Oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı məhv edilib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində 1 PUA-sı hava hücumunda müdafiə bölmələrimiz tərəfindən məhv edilib.