Düşməndən Kəlbəcər istiqamətində növbəti təxribat: qarşı tərəf susdurulub 

Xəbərlər

10.12.2021 - 14:08

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş  texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

"Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş