Düşmən Ordubada raket atıb - <font color=red> RƏSMİ</font>

Xəbərlər

16.10.2020 - 13:54

Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib

 

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Müəllif: Ayna.az