Vaqif Dərgahlı: “Kənd sakinləri arasında itki yoxdur”
“Düşmən Goranboy rayonu ərazisini atəşə tutub”. AyNA-nın xəbərinə görə, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
Polkovnik bildirib ki, düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub: “Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur. Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”.