Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 28-də saat 14.40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutur.
AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan ermənilər, Azərbaycanın sərhəd rayonlarını raket atəşinə məruz qoyur.