Düşmən Ağdamı atəşə tutub: bir mülki şəxs yaralanıb

Xəbərlər

08.11.2020 - 22:08

Orta Qərvənd kəndi ərazisində 53 yaşlı kişi xəsarət alıb

 

Bu gün düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutub. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu gün saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş