Dünyada koronavirusa yoluxanların sayı 630 milyonu keçib

Dünya

23.10.2022 - 13:33

Həkimlər Klinikalar SEO Xidməti

Pandemiya ərzində dünyada ən çox yoluxma ABŞ-da qeydə alınıb

Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 630 milyonu keçib.

Bu barədə AYNA dünya ölkələrinin koronavirusa yoluxma üzrə qurumlarının ümumi statistikasına istinadən xəbər verir.

Koronavirus pandemiyasının başlanmasından bu günədək dünyada COVID-19-a 632 672 843 yoluxma qeydə alınıb. Eyni zamanda təhlükəli infeksiyanın aşkarlandığı 6 582 222 insan koronavirusdan ölüb. Bununla yanaşı, ümumiləşmiş məlumatlara görə, pandemiya ərzində 611 453 108 insan koronavirusdan sağalıb.

Pandemiya ərzində dünyada koronavirusa ən çox yoluxma ABŞ-da (99 062 879), Hindistanda (44 641 906), Fransada (36 568 351), Almaniyada (35 172 693), Braziliyada (34 828 916) və digər ölkələrdə qeydə alınıb.

Dünyada koronavirusdan ən çox ölüm ABŞ-da qeydə alınıb – 1 092 793. Siyahıda ikinci yerdə Braziliya (687 665 ölüm), üçüncü yerdə Hindistan (528 957), dördüncü sırada Rusiya (389 449) qərarlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş