Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları iyunun 27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin üstünü açıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarılan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.