Dünən törədilən 18 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

15.10.2020 - 18:08

Əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub

 

Azərbaycanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 18 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Müəllif: Ayna.az