Dumanlı hava şəraiti sabahadək davam edəcək - FAKTİKİ HAVA

Xəbərlər

13.03.2025 - 10:47

Həkimlər Klinikalar SEO Xidməti

Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. 

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş