DTX Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

Xəbərlər

23.04.2022 - 18:17

Həkimlər Klinikalar SEO Xidməti

Fonda 200 min manat məbləğində pul vəsaiti köçürülüb

Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə DTX tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 min manat məbləğində pul vəsaiti köçürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş