DSX-nin hərbi qulluqçusu vəfat edib

Xəbərlər

12.02.2023 - 17:28

DSX hərbi qulluqçunun ailəsinə başsağlığı verib

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Hüseynli Vüsal Vüqar oğlu xəstəlikdən vəfat edib.

Bu barədə AYNA-ya Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”, - xəbərdə qeyd olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş