DSX-nin hərbi qulluqçusu intihar edib

Xəbərlər

17.06.2023 - 22:28

Faktla əlaqədar araşdırma tədbirləri həyata keçirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.

AYNA xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş