Siyahıda 6 quruma aid müxtəlif nəqliyyat vasitələri yer alıb
Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus nəqliyyat vasitələri hərraca çıxarılır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AYNA.AZ-a bildirilib ki, siyahıda 6 quruma aid müxtəlif nəqliyyat vasitələri yer alıb.
Satışa çıxarılan nəqliyyat vasitələrinin buraxılış ili 1997-ci ildən 2014-cü ilədək, start qiyməti isə 1500 manatdan başlayaraq 352 980 manatadək dəyişir.
20 may 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.