Dövlət Xidməti sosial şəbəkələrdəki nasazlıqla bağlı məlumat yayıb

Xəbərlər

05.03.2024 - 21:17

cedabet dərman SEO Xidməti

Dövlət Xidməti: "Vətəndaşların narahatlığına heç bir əsas yoxdur"

“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

AYNA xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  bildirib ki, "Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır:

"Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş