Dövlət Neft Fondunun ötənilki gəlir və xərcləri açıqlanıb

İqtisadiyyat

11.07.2025 - 18:06

Fondun 2024-cü il büdcəsinin icrası gəlirlər 18 038 986,6 min manat, xərclər 12 896 361,8 min manat olub

Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası gəlirlər 18 038 986,6 min manat, xərclər 12 896 361,8 min manat olub.

AYNA.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında” Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Fondun 2024-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 127,9 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş