Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Xəbərlər

01.06.2023 - 10:51

Qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdi üçün ərizə qəbulu tarixləri dəyişib

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.

DİM-dən AYNA-ya verilən məlumata görə, abituriyentlərin nəzərinə çatdırılıb ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi 2023-cü ilin iyunun 5-dən 20-dək aparılacaq.

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 №-li Qərarına uyğun olaraq 26 iyun – 2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan Mərkəz tərəfindən imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.

Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

Müəllif: Ayna.az