C.Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Valeh oğlu Məmmədov vəzifəsindən azad edilib.
AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, C.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib.