“Vətənimizə daim sülh arzusu ilə!” adlı aksiya keçirilib
Zəfər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Vətənimizə daim sülh arzusu ilə!” adlı aksiya keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AYNA-ya bildirilib ki, hər bir DOST Mərkəzinin önündən sülh, əmin-amanlıq rəmzi olan göyərçinlər səmaya buraxılıb.
Möhtəşəm tarixi zəfərimizə həsr olunan tədbirdə DOST mərkəzlərinin əməkdaşları və DOST könüllüləri ilə yanaşı, Vətən müharibəsinin bir qrup qazisi də iştirak edib.