Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyü 30 m² sahədə və damına yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Salyan rayonunun Şorsulu kəndində isə ümumi sahəsi 72 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 10 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İmişli rayonunun Cavadxanlı kəndində də yanğın baş verib. Ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Astara rayonunun Bala Şahağac kəndində qeydə alınıb. Ümümi sahəsi 47 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 1,8 ton ot bağlamasının 600 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.