Doqquz aydır itkin düşən qadın tapılıb

Xəbərlər

06.06.2024 - 15:59

cedabet dərman SEO Xidməti

Polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb

İyunun 5-də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2023-cü il sentyabrın 15-dən Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı qadın, aprelin 25-dən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 50 yaşlı kişi, aprelin 27-dən Kürdəmir rayonu ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 28 yaşlı qadın, mayın 15-dən Abşeron rayonunun Novxanı kəndi ərazisində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 25 yaşlı qadın, mayın 27-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 24 yaşlı kişi, mayın 28-dən Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız, mayın 31-dən Şabran rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 22 yaşlı qadın və iyunun 3-dən Xətai rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş