Dodon Moldovada keçirilən referendumunu boykot edib

Dünya

20.10.2024 - 21:04

Həkimlər Klinikalar SEO Xidməti

“Bu referendum Avropaya inteqrasiya ilə bağlı deyil”

Moldova Sosialistlər Partiyasının lideri, rusiyapərəst sabiq Prezident İqor Dodon Moldovada keçirilən prezident seçkilərində səs verib, lakin ölkənin Avropa gələcəyi ilə bağlı referendumda iştirak etmək üçün səsvermə bülleteni götürməyib. AYNA xəbər verir ki, bu barədə “Newsmaker” məlumat yayıb.

Dodon "Moldovanın normal vəziyyətə qayıtmasına" səs verdiyini söyləyib.

“İnanıram ki, son dörd ilin “yaxşı vaxtları” başa çatmalıdır. İnsanlar bütün vətəndaşları “yaxşı” və “pis”ə bölmək deyil, onları təmsil edəcək prezident istəyirlər. Bizə konstitusiyaya hörmət edən, ədaləti müdafiə edən, həm Qərb, həm də Şərqlə dialoqa açıq lider lazımdır”, - Dodon bildirib.

Sosialist lider referendumla bağlı deyib ki, “insanları aldadırlar”.

“Bu referendum Avropaya inteqrasiya ilə bağlı deyil. Bu, konstitusiyaya dəyişikliklə bağlı referendumdur. Hesab edirik ki, konstitusiyaya bu cür dəyişiklik etmək mümkün deyil. Ona görə də mən və həmkarlarım bunda iştirak etmirik”, - Dodon vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş