Diplomatik korpus nümayəndələrinin Laçına səfəri başlayıb

Xəbərlər

20.06.2025 - 10:02

cedabet dərman SEO Xidməti

Laçın səfəri çərçivəsində qonaqlar şəhərdə bir sıra məkanlarda olacaqlar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər ediblər. AYNA.AZ xəb.ər verir ki, qonaqların səfəri Laçın rayonundan başlayıb.

Diplomatlar Laçın Beynəlxalq Hava Limanında qarşılanıb. Hava limanı ilə tanışlıq zamanı qonaqlar aeroport haqqında məlumat verilib.

Laçın səfəri çərçivəsində qonaqlar şəhərdə bir sıra məkanlarda olacaqlar. Onların, Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanışlığı nəzərdə tutulub.

Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatik korpus nümayəndələrinin Laçına səfəri başlayıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş