DİN: Yevlaxda görünən şəxs erməni deyil - <font color=red> VİDEO</font>

Xəbərlər

25.12.2020 - 07:57

Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb

 

“Sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndində erməni milliyyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntü həqiqəti əks etdirmir”. AYNA xəbər verir ki, bu sözlər Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatında qeyd olunub.

 

Bildirilib ki, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.

 

Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb.

 

Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.

Müəllif: Ayna.az