Toylarda karantin rejiminə riayət edilməsi ilə bağlı monitorinqlər davam etdirilir
Toy qaydalarını pozanlar barədə 44 cinayət işi başlanılıb. AYNA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 2021-ci il iyulun 1-dən toy, nişan, ad günləri və digər şənlik mərasimlərinin keçirilməsinin monitorinqi diqqət mərkəzində saxlanılır: "Bu günə qədər respublika ərazisində 51 853 şadlıq sarayı və digər obyektlərdə, fərdi evlərdə və həyətlərdə 2 505 monitorinq aparılıb. Monitorinqlərin 39 779-u polis tərəfindən, 12 074-ü digər dövlət qurumları ilə birgə keçirilib. Aşkarlanan pozuntuların sayı 3 369 təşkil edib, 44 cinayət işi başlanılıb. COVID-19 pasportu olmadığına görə 64 580 nəfər şənlik mərasimlərinə buraxılmayıb".