DİN: Polisin nüfuzunu ləkələməyə çalışırlar

Hadisə

04.12.2019 - 15:07

Yevlaxda qaçırılmış qızla bağlı rəsmi açıqlama yayılıb

 

“Sosial şəbəkələrdəki səhifələrin birində “Yevlaxın Rüstəmli kəndində iki gün öncə bir qızı zorla qaçırıblar. Polisə müraciət ediblər, oğlanın qohumu polisdə işləyir deyə işə baxmırlar”, - deyə qeyd edilən status həqiqəti əks etdirmir və polisin nüfuzunu ləkələmə məqsədi daşıyır”.

 

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumatda deyilir:

 

“Bununla əlaqədar DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 1-də Yevlax rayon Rüstəmli kənd sakini Ə.A. DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək qızının Qaraməmmədli kənd sakini olan bir nəfər tərəfindən qaçırılması barədə şikayət ünvanlayıb.

 

Həmin gün şikayətlə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Aparılmış araşdırmalar nəticəsində dekabrın 2-də həmin qız tapılaraq, onun izahatı alınıb və o, zorla deyil, könüllü olaraq həmin şəxslə ailə quracağını bildirib.

 

Bununla belə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yevlax Rayon Prokurorluğuna verilib”.

Müəllif: Ayna.az