DİN: "Məktəbli qızın qeyri-etik davranışına dair görüntülər araşdırılır"

Xəbərlər

20.02.2024 - 00:18

cedabet dərman SEO Xidməti

Elşad Hacıyev: "Yayılan məlum videogörüntülərdən məlumatlıyıq"

Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş