DİN: Fəvvarələr Meydanında ictimai asayişin qorunması məqsədilə tədbirlər görüləcək
Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edilir.
AYNA-nın xəbərinə görə, məsələyə münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar.
"Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək", deyə E.Zahidov bildirib.