“Çelsi” “Everton”a böyük hesabla qalib gəlib

İdman

08.03.2020 - 21:54

Qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb

 

“Çelsi” futbol klubu İngiltərə çempionatının 29-cu turu çərçivəsində “Everton”a qalib gəlib.

 

AYNA xəbər verir ki, “Çelsi” rəqibin qapısından 4 cavabsız top keçirib.

 

Qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb, Meyson Maunt fərqlənib. Qarşılaşmanın 21-ci dəqiqəsində Pedro fərqi artırıb. Daha sonra Billian (51 dəqiqə) və Jiru (54 dəqiqə) adını tabloya yazdırıb.

 

Qeyd edək ki, “Everton” 25 dəfə qarşılaşdığı “Çelsi”yə heç zaman qalib gələ bilməyib. Sonuncu dəfə “Everton” “Çelsi”ni 1994-cü ildə məyus edib.

 

“Çelsi” klubu 48 xal yığaraq yarış cədvəlində 4-cü yer tutur. “Everton” isə 37 xalla 12-ci yerdə qərarlaşıb.

Müəllif: Ayna.az