Azərbaycan - İsveçrə matçında yanğın çıxdı

İdman

15.10.2019 - 22:01

Kapital Bank Arenanın inzibati otaqlarından birində elektrik naqillərində yanğın baş verib

 

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə İsveçrə yığması arasında baş tutan Avropa çempionatının seçmə mərhələ oyunun zamanı yanğın baş verib.

 

AYNA "Report"-a istinadən xəbər verir ki, yanğın Kapital Bank Arenanın inzibati otaqlarından birində elektrik naqillərində baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri dərhal yanğının qarşısını almağı bacarıblar.

 

Qeyd edək ki, bu "Kapital Bank Arena"da ilk beynəlxalq rəsmi oyundur.

 

Müəllif: Ayna.az