DİM sədri: “İmtahana mənim özümün belə müdaxilə etməyim mümkün deyil”

Xəbərlər

14.07.2025 - 12:35

Məleykə Abbaszadə: “Apardığımız işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil”

“Dövlət İmtahan Mərkəzinin (DİM) apardığı işlər çox ciddi şəkildə həyata keçirilir. Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub. Apardığımız işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil. Bu prosesdə biz insan faktorunu tamamilə aradan qaldırmışıq”.

AYNA.AZ xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

DİM sədri qeyd edib ki, hər bir testin səviyyəsini öncədən bilirlər.

“İmtahan proseslərinə mənim özümün belə müdaxilə etməyim mümkün deyil”, deyə Abbaszadə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş