DİM sədri: "İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək"

Xəbərlər

18.05.2024 - 10:53

Məleykə Abbaszadə: "Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər"

Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək.

AYNA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan yerlərinə uyğun müəyyənləşir: "Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".

Qeyd edək ki, yeni tədris ilində iki yeni ali təhsil müəssisəsi - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

Müəllif: Ayna.az