İmtahanda 89 nəfər iştirak edib
Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib. AYNA xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
Qeyd olunub ki, Rəqəmsal SAT imtahanı 2023-cü il dekabrın üçündə Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.
İmtahanda 89 nəfər iştirak edib.
Növbəti imtahanın 2024-cü il martın doqquzunda keçirilməsi nəzərdə tutulur.