İştirakçıların bir-birindən məsafədə əyləşdirilməsi təmin olunub
Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT və GRE beynəlxalq imtahanları keçirilib. İmtahanlar DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
DİM-dən AYNA-ya bildirilib ki, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
GRE imtahanı sentyabrın 22-də təşkil olunub. İmtahanda 6 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE imtahanının oktyabrın 5-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz:
Sentyabrın 23-də isə DİM-də TOEFL iBT imtahanı keçirilib. İmtahanda 13 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının oktyabrın 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək mümkündür.