Deputatlardan “5 dəqiqə” təklifinə spikerdən etiraz

Xəbərlər

24.12.2020 - 13:42

Sahibə Qafarova: “Bu, sıradan bir iclas deyil, sıradan məsələ müzakirə olunmur”

 

Bu gün Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputatların təklifinə spiker Sahibə Qafarova etiraz edib. AYNA-nın xəbərinə görə, millət vəkilləri təklif ediblər ki, çıxışların reqlamenti 10 yox, 5 dəqiqə olsun.

 

Parlamentin sədri Sahibə Qafarova isə bu təklifi qəbul etməyib: “Bu, sıradan bir iclas deyil, sıradan məsələ müzakirə olunmur. Koronavirusa görə narahatsınızsa, dünən burda olan deputatların hamısı koronavirus testindən keçib. Burada yoluxan deputat yoxdur. Dünən hamısı test verib. Kim karantinə, koronavirusa görə narahatdırsa, bunu nəzərə alsın. Reqlament 10 dəqiqə olacaq”

Müəllif: Ayna.az