Deputatdan təklif: “Şəhid analarına medal verilsin”

Xəbərlər

13.04.2021 - 16:56

Aqil Abbas: “Çingiz Abdullayevin dediyi kimi, niyə şəhid anası medalı təltif edilməsin?”

 

“Xalq yazıçısı Çingiz Abdullayev şəhid anaları ilə bağlı yaxşı bir təklif səsləndirib. Mən də onun səsləndirdiyi fikirləri dəstəkləyirəm”.  AYNA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin iclasında yazıçı, deputat Aqil Abbas deyib.  

 

Millət vəkili qeyd edib ki, bu gün şəhid ailələrinə hörmət və sevgi ilə yanaşılır: “Cəmiyyətimizdə şəhidlərimizə, onların ailəsinə sayğı var. Əvvəllər qadınlarımız vardı ki, onlara Sovet İttifaqı Qəhrəmanı və eləcə də 10 uşağı olan qadınlara “Qəhrəman ana” statusları verilirdi. Bu gün hər bir şəhid ailələrinə güzəştlər edilir. Çingiz Abdullayevin dediyi kimi, niyə şəhid anası medalı təltif edilməsin? Hamı onlara daha yaxşı və xüsusi yanaşsın. Hesab edirəm ki, bu medal təsis olunmalıdır. Bu məsələyə baxmaq olar".

Müəllif: Ayna.az