Deputat: “Nazirlikdə aşkarlanan nöqsanların bir çox səbəbləri var”

Xəbərlər

13.04.2021 - 13:02

Əli Məsimli: “Bu sahədə şəffaflığın artırılması, süni qiymət artımı məsələsini kəndlilər problem kimi görür”

 

“Kənd Təsərrüfatı Nazirliyində aşkarlanan nöqsanlardan 7-si mineral gübrələr, 18-si isə subsidiyalarla bağlıdır. Bu 79 nöqsanın bir çox səbəbi var”. AYNA xəbər verir ki, bu sözləri deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində aşkarladığı nöqsanlardan danışarkən deyib.

 

Millət vəkilinin sözlərinə görə, kənd təsərrüfastında çalılşanların xeyi hisəsi torpaq mülkiyyəti ilə bağlı problemi olduğundan subsidiya ala bilmir: “Bu halda da qanunsuz yola baş vururlar”.

 

“Bu sahədə şəffaflığın artırılması, mineral gübrəlin satışında inhisarların aradan qaldırılmasını, süni qiymət artımı məsələsini kəndlilər problem kimi görür. Bu məsələnin həll edilməsinə ehtiyac var”, - Ə.Məsimli əlavə edib.

Müəllif: Ayna.az