Deputat həmkarlarına səsləndi: ““YAŞAT Fonduna pul köçürsünlər”

Xəbərlər

13.04.2021 - 11:57

Qüdrət Həsənquliyev: “Müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər”

 

“YAŞAT Fondu qazilər və şəhid ailələrinin ehtiyacları  üçün işlər görür. Ona görə də, bu Fonda vəsait köçürülməsinə ehtiyac var. Həm də müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər”. AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət mvəkili Qüdrət Həsənquliyev deyib.

 

Deputat həmkarlarına səslənən Q.Həsəınquliyev vurğulayıb ki, deputatlar vəsaitin azlığından və çoxluğundan asılı olmayaraq vəsait köçürsələr çox yaxşı olar.

 

Müəllif: Ayna.az