Dəniz kənarında hasar sökülüb

Xəbərlər

27.02.2023 - 17:43

Vətəndaşların dənizə sərbəst giriş imkanı bərpa edilib

Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olan müraciət əsasında paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində dənizkənarı mühafizə zonasında vətəndaş tərəfindən qeyri-qanuni olaraq dənizkənarı sahənin daş hasarla bağlanması və dənizə girişin qarşısının kəsilməsi faktı müəyyənləşdirilib.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı Şəhəri və paytaxtın Qaradağ Rayon İcra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz tikili sökülərək vətəndaşların dənizə sərbəst giriş imkanı bərpa edilib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsini davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş